Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə nazir Məmmədyarov aprelin 22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak edəcək.
Tədbir çərçivəsində Məmmədyarovun çıxışı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Xarici işlər nazirlərinin Moskva konfransı Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti, dördüncü sammitinə hazırlıq məqsədi daşıyır. Dövlət başçılarının sammiti bu il Rusiyanın Həştərxan şəhərində keçiriləcək.