40 ildən sonra onu tapdı

Körpəykən buxar maşınının səbəb olduğu yanıqlarla böyük bir əməliyyat keçirmək məcburiyyətində qalan Amanda Scarpinati adlı qadın, 40 il sonra, əməliyyatı sonrasında ona  baxan tibb bacısıyla görüşdü. Amerikada yaşayan 38 yaşlı Amanda Scarpinati ona çox borclu olduğu tibb bacısısıyla illər sonra üz-üzə gəldi. Qəza səbəbiylə bədəninin böyük qisimində ciddi yanıqlar yaranan Scarpinati, üç aylıqkən keçirdiyi əməliyyat sonrasında çəkilən bir şəkilini illərdir saxlayırmış. Əməliyyat keçirdiyi xəstəxanada çalışan bir tibb bacısının qucağında olan Scarpinati, tibb bacısının ona diqqətlə göz, qulaq olduğunu açıqca ortaya qoyan bu fotoşəkildəki adamı tam 20 il boyunca axtarmışdı. "Daily Mail"də yer alan xəbərə görə, 1977-ci ildə "Albany Medical Center"in jurnalında dərc olunan fotoşəkildə tibb bacısının adının yazılmamış olması Scarpinatinin işini xeyli çətinə salmışdı. Ancaq tibb bacısını tapmaq istəyindən imtina etməyən qadın, Facebook sayəsində o zaman ona öz uşağı kimi baxan tibb bacısını tapmağı bacardı: O zamanlar Scarpinati, 21 yaşında olan Susan Bergerin ilk xəstələrindən biri olmuşdu. Universitet məzunu olan gənc tibb bacısının peşəsinə olan sevgisini və insan həyatına verdiyi dəyəri göstərən o şəkil üstündən 40 il keçsə də tarixi fotolar arasındakı öz yerini qoruyacaq.