Kəbə genişləndirilir

“Məkkə bələdiyyəsi zəvvarların rahatlığı üçün strateji planlaşdırma fəaliyyətinə başlayıb”




Müsəlmanların qibləgahı olan müqəddəs Kəbənin yerləşdiyi Məkkə şəhərində Ramazan ayı hazırlıqları aparılır. Türkiyə mətbuatı yazır ki, Kəbə ətrafında genişləndirmə işləri davam edir və 1-ci mərtəbə Ramazan ayında zəvvarların istifadəsinə veriləcək.

Bundan əlavə, Səudiyyə Ərəbistanının Məscidi-Həram və Məscidi-Nəbəvi nazirliyi, Həcc və Səhiyyə nazirlikləri və Məkkə bələdiyyəsi nümayəndələrindən ibarət heyyət zəvvarların rahatlığı üçün strateji planlaşdırma fəaliyyətinə başlayıb. Zəvvarların sağlamlığının ilk planda olduğunu

deyən Məkkə səhiyyə idarəsinin rəsmisi Muhamməd Haşim Fəvati restoranlarda və yeməkxanalarda yoxlamalara başladıqlarını bildirib. Fəvati həmçinin standartlara cavab verməyən 400 restoranın fəaliyyətinin dayandırıldığını qeyd edib. Mülki müdafiə idarəsi isə 3 gün davam edən yoxlamalar nəticəsində şəhərdə fövqəladə vəziyyətə uyğun olmayan 174 otel və mehmanxana aşkarlandığını bildirib. Rəsmilər, Ramazan ayının yaxınlaşması ilə bu cür yoxlamaların daha da çoxalacağını vurğulayıb.

Qeyd edək ki, bu il Ramazan iyun ayının son günlərinə təsadüf edəcək.

Məlahət