Rusiyanın casus jurnalistləri gizli eynək kameralarından istifadə edir

Avadanlığın ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bəlli olub



Rusiyanın "NTV” telekanalının Ukraynada saxlanmış jurnalistləri strateji obyektləri eynəyə montaj edilmiş gizli videokameralar ilə çəkiblər.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna təhlükəsizlik xidmətinin Dnepropetrovsk vilayət idarəsindən bildirilib.
Saxlanan şəxslərdən biri Belarus vətəndaşı olub və "NTV”də işlədiyini bildirib. Amma onların üzərində jurnalist vəsiqəsi çıxmayıb. Onların noutbukları, fotokameraları və videokameralı eynəkləri müsadirə edilib.
İdarədən bildirilib ki, onların istifadə etdikləri videokameranın Ukrayna ərazisində istifadə edilməsi qadağandır. Avadanlığın ölkəyə
qaçaqmalçılıq yolu ilə gətirildiyi bəlli olub.