Hakan Çalhanoğlu "Qızıl top"a namizəd oldu: Messi və Ronaldo siyahıda yoxdur!

İtaliya A Seriyasında çıxış edən Türkiyənin milli futbolçusu Hakan Çalhanoğlu ilin futbolçusuna verilən “Qızıl top” mükafatına namizəd olub.

Sherg.az xəbər verir ki, "France Football" jurnalının 1956-cı ildən bəri təqdim etdiyi  mükafata bu il namizəd olan 30 futbolçunun adı "Qızıl top"un sosial media hesabında açıqlanıb.

2003-cü ildən bəri futbol əfsanələri portuqaliyalı ulduz hücumçu Kriştian Ronaldo və argentinalı ulduz futbolçu Lionel Messi 21 ildən sonra ilk dəfə builki "Qızıl top"a namizədlər sırasında düşməyiblər.

Ötən il "Qalatasaray"ın İtaliyanın "Napoli" komandasından icarəyə götürdüyü nigeriyalı hücumçu Viktor Osimhen də siyahıda olsa da, bu il namizədlər arasında deyil.

Messi 8 dəfə “Qızıl top”u ən çox qazanan oyunçudur, onun ən yaxın izləyicisi Ronaldo isə bu mükafatı 5 dəfə qazanıb.