Davudoğlu: "Qarabağ məsələsində də sülh əldə edilə bilər”

Xarici işlər naziri Qarabağ məsələsinin qarışıq bir yol olduğunu deyib

 

Türkyə xarici işlər naziri Əhməd Davudoğlu qondarma erməni soyqrımı münasibəti ilə baş nazir Rəcəb Tayyib Ərdoğanın ermənilərə verdiyi başsağlığına münasibət bildirb. ANS PRESS-in məlumatına görə, ölkədə yayımlanan televiziya kanallarından birinin canlı efirində qonaq olan Davudoğlu Ərdoğanın qondarma erməni soyqrımı ilə bağlı yaydığı bəyanatı hazırlamaq üçün çox çalışdıqlarını və mətnin gələcəyə bir baxış olduğunu söyləyib. O, qeyd edib ki, gözlədiyimizin qarşılığını almasaq da baş sağlığını geri götürməyəcəyik:

"Mətn üzərində çox çalışdıq. Bu istiqamətdə təməl addımlar 2005-ci ildə atılıb. İki tərəfdən biri əl uzatmışsa, o zehin və könül orada qalır. Biz gözlədiyimizin qarşılığını almasaq da verdiyimiz baş sağlını geri götürməyəcəyik. Biz mövcud vəziyyəti kökdən dəyişəcək, bir addım atdıq. Diasporadan gözlənilməz bir addım gözləmirik. Bu mətnlə hər kəsə müraciət etmək istədik. Erməni təmsilçiləri ilə görüşüb başa düşməyə çalışdıq. Yazdığımız mətnlə hədəfimizə çatdığımızı fikirləşirik. Bunun sürpriz olduğunu bilirəm. Belə bir açıqlamanı heç kim gözləmirdi. İndi onlar bizim terror hücumlarında ölən diplomatlarımıza görə başsağlı verəcəklərmi? Bunu gözləmirik də. Amma biz bu addımı atdıq. Birlikdə bir gələcək qurmağa ümid edirik”.

Daha sonra Əhməd Davudoğlu Qarabağ münaqişəsindən də söhbət açıb.
"Bu bəyanatla biz Türkiyə-Azərbaycan məsələninə girmirik. Qarabağ məsələsi qarışıq bir yoldur, amma addım-addım burada da sülh əldə edilə bilər”.