İnəklərin mədəsinə “pəncərə” açdılar

Onlar istədiyi zaman mədəyə əlini soxub həzm edilməkdə olan qidadan nümunə ala bilir




İsveçrədə bir araşdırma şirkəti inəklərin mədələrindəki qidaları necə və nə qədər həzm etdiklərini müşahidə etmək üçün onların mədələrinə kürəklərindən bir növ "pəncərə” açdı. "Euronews TV”in xəbərinə görə Mərkəzi İsveçrədə olan Aqroscope adlı araşdırma şirkəti, inəklərə verilən fərqli növlərdə yulafların heyvanlardakı həzm müddətini izləmək və beləcə məhsuldarlığı artırmaq üçün inəklərin mədəsinə "pəncərə” yerləşdirib. İnəklərin yan tərəfinə və mədəsinə böyük bir dəlik açılaraq araya bir kanal yerləşdirilib. İstifadə edilmədiyi vaxt plastik qapaqla ağızı bağlanılan pəncərəni açan araşdırmaçı buradan mədənin içini görür və istədiyi zaman mədəyə əlini soxub həzm edilməkdə olan qidadan nümunə ala bilir. Təcrübəni 14 inəkdə reallaşdıran şirkət heyvanların hər hansı bir zərər görmədiyini vurğulasa da, heyvan hüquqları müdafiəçiləri təcrübəni sərt şəkildə tənqid etdi.