Bakıda Təhminə-Zaur dəhşəti: bıçaqladı, sonra özünü öldürdü




Bakı şəhərində dəhşətli cinayət törədilib.
Sabunçu rayonunda baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar məlum olub.  milli.az-ın  verdiyi məlumata görə, Zabrat qəsəbəsindəki hadisəyə səbəb Zaurun mobil telefonuna gələn zəng olub: "Bir nəfər ona zəng edərək arvadı Təhminə ilə sevişdiyini deyib. Zaur isə bunun üstündə hadisəni törədib. Əvvəl avtobus sürücüsü işləyən Zaur məhkumluq həyatı yaşayıb. Bir dəfə isə işsizlikdən özünü öldürməyə cəhd edib”.
****
10.26
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 19 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Vurduğu çoxsaylı bıçaq zərbələrindən həyat yoldaşının öldüyünü zənn edən Z. Mirzəyev qonşusunun həyətinə keçərək orada özünü asaraq intihar edib.
T. Abdullayeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.