MTRŞ sədri: “Bədii Şuraların fəaliyyəti özünü doğrultmadı”





"Özəl telekanallarda Bədii Şuraların fəaliyyəti özünü doğrultmadı”. Bunu Lent.az-a açıqlamasında Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, prezidentin sərəncamı ilə təsdiq edilən dövlət proqramında Bədii Şuraların yaradılması özəl telekanalların üzərinə vəzifə kimi qoyulub: "Bununla bağlı Milli Teleradio Şurası telekanallarla iş apardı. Televiziyalar Bədii Şuraların tərkibinin siyahısını bizə göndərdilər. Ancaq bu işin siyahı ilə yekunlaşdığını gördük. Ona görə də bizim Bədii Şuralardan hər hansı bir gözləntimiz yoxdur. Bu şuraların fəaliyyəti Milli Teleradio Şurasını qane etmir və formal xarakter daşıyır”.