Türkiyə mətbuatı yanlışlığı aradan qaldırıb: Kəlbəcərin Ermənistan ərazisi kimi təqdim olunmuşdu



 


Mayın 22-də Türkiyənin www.timeturk.com internet səhifəsində Ermənilərin Kəlbəcərdəki qızıl yataqlarında azərbaycanlı əsirləri işlətməklə yanaşı, həm də olmazın işgəncə vermələri haqqında məqalə dərc edilib.

APA-nın xəbərinə görə, "Ermenistanın madenlerinde Azeri esirler varmı?” başlığı ilə verilən məqalədə bu mədənlər Ermənistan mədənləri kimi göstərilib.
Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AZEDER) məsələyə reaksiyası və təkidli tələbi nəticəsində qısa bir zamanda bu yanlışlıq aradan qaldırılıb, bu ərazilərin Ermənistan tərəfindən işğal olunduğu məqalədə öz əksini tapıb.