Bakıdakı erməni avtomobilinin sirri açıldı

Tanınmamış bir respublikaya aid avtomobilin Azərbaycana gətirilməsi sual doğurur



Dünən Bakı şəhərində peyda olunan Ermənistan nömrəli maşına aydınlıq gəldi.
E 001 KX nömrəli "Range Rover" avtomobilində olan bayrağın guya Ermənistana aid olduğu bildirilirdi. Bayrağın yaxşı görünməməsi ilk baxışdan bunu deməyə əsas verirdi. Ancaq araşdırmalardan sonra məlum oldu ki, həmin bayraq Moldova Respublikasından ayrılaraq özünü "respublika" elan etmiş Dnestryanı bölgəyə aiddir.
Belə baxanda tanınmamış bir respublikaya aid avtomobilin də Azərbaycana gətirilməsi sual doğurur.
Xatırladaq ki, paytaxtı Tiraspol olan Dnestryanı (Dnestryanı Moldov Respublikası) Dnestr çayı yanında yerləşmiş tanınmamış sosialist bölgədir və 1991-ci ildə elan edilib. "Dnestryanı respublika"nın əhalisi 505.000 min nəfərdir.
2004-cü ilə görə əhalinin etnik tərkibi 35% moldovan, 32% rus, 28% ukraynalı və 5% isə digər xalqlardan ibarət olub.
Xatırladaq ki, Bakıda Ermənistan nömrəsi ilə maşın peyda olması haqda məlumat dərc olunmuşdu. Həmin məlumata görə guya Bakıda Ermənistan Respublikasına məxsus olan E 001 KX nömrəli "Range Rover" görsənib.