Körpə valideynlərini şoka saldı





Böyük Britaniyada yeni dünyaya gələn qız uşağı valideynlərini şoka salıb.

Rusiya mətbuatının məlumatına görə, bu körpə Bekvit-Videman sindromu ilə doğulub. Doğuşdan onun anomal böyük dili var. Qızcığazdakı bu anadangəlmə defekti aradan qaldırmaq üçün üç dəfə ağır əməliyyat keçirməli olublar. Uşağın valideynləri 29 yaşlı Emma və 40 yaşlı Yan övladlarını görəndə şok yaşayıblar. Həkimlər xəbərdarlıq ediblər ki, onun dili ilə yanaşı, daxili orqanları da həddən artıq böyük ola bilər. (Milli.az) Xoşbəxtlikdən, əməliyyatla qızcığazın dilini bir qədər kiçiltmək olub.