Ramiz Əzizbəylinin vəziyyəti yenidən pisləşdi: “Ağrıdan doğranıram”





Xalq artisti Ramiz Əzizbəylinin səhhəti yenidən pisləşib. Bu barədə AzNews.az-a danışan tanınmış aktyor, kəskin ağrılardan əziyyət çəkdiyini, vəziyyətinin qəfil dəyişdiyini bildirib: "Məni bağışlayın, danışmağa halım və taqətim yoxdur. Pisəm, ağrıdan doğranıram. Mədəm mənə rahatlıq vermir. Hər yerim ağrıyır. Sağ yerim yox. Vəziyyətim qəfil dəyişdi”.

R.Əzizbəyli həmçinin əlavə edib ki, bütün ağrı-acılara baxmayaraq, daha həkimə getmək fikrində deyil: "Nə olsa belə, həkimə müraciət etməyəcəm”.

Xatırladaq ki, aktyor Ramiz Əzizbəyli bir neçə ay bundan əvvəl avtomobil qəzası keçirib. O, bir müddət əvvəl xəstəxanada müalicə olunub.