Vitali Kliçko Kiyevin yeni meri oldu







 Ukraynalı iş adamı, Şokolad Kralı kimi tanınan, Petro Poroşenko seçkilərdə qalib gəldiyini bəyan edib.
O, həmçinin yaxın müttəfiqi, Vitali Kliçkonu Kiyevin yeni meri kimi təqdim edib.

Poroşenko parlament seçkilərinin 2014-cü ildə keçiriləcəyini də bildirib.

Poroşenko deyib ki, Ukrayna Krımın Rusiya tərəfindən ilhaq olunmasını heç vaxt tanımayacaq.