Azərbaycandakı 35 iranlı məhbus ölkəsinə qaytarılacaq

Möhsin Pakayin İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib




 İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında tezliklə Azərbaycanda cəza çəkən daha 35 İran vətəndaşı ölkəmizə qaytarılacaq.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin dünən İranın XİN-in Təbrizdəki ofisində jurnalistlərə deyib.

M.Pakayin deyib ki, ötən aylar ərzində İranda cəza çəkən 4 Azərbaycan vətəndaşı da ölkəsinə qaytarılıb.

Qeyd edək ki, mart və aprel ayları ərzində Azərbaycan həbsxanalarında cəza çəkən 34 İran vətəndaşı ölkələrinə qaytarılıb.