Erməni nazir ölümdən döndü

Ermənistanlı nazirin mindiyi təyyarə qəzalı eniş edib


 Ermənistanın müdafiə naziri Seyran Ohanyanın mindiyi təyyarə Moskvanın "Şeremetyevo" hava limanından göyə qalxarkən ciddi problemlə üzləşib.
ANS PRESS-in məlumatına görə, Moskvadan İrəvana uçmaq istəyən "Aeroflot" şirkətinə məxsus olan sərnişin təyyarəsinin baqaj hissəsində nasazlıq yaranıb. Bu baxımdan da pilot təyyarəni qəzalı şəkildə hava limanına endirib.
Bu haqda informasiyanı "İnterfaks" agentliyinə Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan verib.
"Elə bir ciddi hadisə baş verməyib. Nazirin olduğu təyyarə nasazlıq aradan qaldırıldıqdan sonra yenidən havaya qalxıb və bir saat bundan öncə İrəvana çatıb".
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvada Beynəlxalq Təhlükəsizlik üzrə keçirilən 3-cü Moskva konfransında iştirak edirmiş.