ATƏT təyyarənin vurulması ilə bağlı iclas çağırır






Avropada Təhlükəsizlik və Əməkdaşlqı Təşkilatı (ATƏT) cümə günü Ukraynada Malayziyanın "Boeing" təyyarəsinin qəzaya uğramasından sonra Daimi Şuranın təcili iclasını çağırır.

Bu barədə cümə günü İTAR-TASS təşkilatın katibliyinin nümayəndəsinə istinadən xəbər yayıb.

İsveçrə sədrliyinin mətbuat katibi Roland Bless təsdiqləyib ki, "iclas İsveçrənin təşəbbüsü ilə keçirilir, mövzu Malayziya təyyarəsinin qəzaya uğramasından sonrakı vəziyyətdir".

İyulun 17-də axşam "Malaysia Airlines" şirkətinin Boeing 777 təyyarəsinin Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğradığı məlum olub. 298 sərnişini olan təyyarə Amsterdamdan Kuala-Lumpura uçurmuş. Qəzada sağ qalan olmayıb./trend/