Şəkidə gənc oğlanı ilan sancdı

25 yaşlı gəncin həyatını xilas etmək mümkün olub



Ötən gün Şəkidə gənc oğlanı ilan sancıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Baltalı kəndində yaşayan 1989-cu il təvəllüdlü Yavər Hüseyn oğlu Rəhimovu evində ilan vurub.
Hadisə 25 yaşlı gənc həyətdə işləyən zaman baş verib. Yavər Rəhimovu ayağından ot tayalarının yanında gürzə ilanı sancıb.

Ağır xəsarət alan Yavər Rəhimov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində gəncin həyatı xilas olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, bu yay Şəki-Zaqatala bölgəsində ilanların sayı çoxalıb. Ötən həftə də, Zaqatalada bir kişini ilan sancmışdı. Hazırda onun vəziyyəti qənaətbəxşdir.