Azərbaycanın 99 yaşlı alimi: “Mən bu gün də işə gedirəm”






Azərbaycanın ilk informatika mütəxəssisi, 99 yaşlı akademik İsmayıl İbrahimov öz səhhəti və fəaliyyəti ilə bağlı Modern.az-a danışıb:
"99 yaşım var. Bu il dekabrın 31-də 100 yaşa keçəcəyəm. Mən bu gün də işləyirəm. Səhhətim qaydasındadır. 28 ildir Respublika Uşaq Fondunun sədriyəm. Oradan əmək haqqı almıram. Akademiyanın iki institutunda baş elmi işçiyəm, elmi şuranın sədriyəm. Səhhətim qaydasındadır. İşə də gedirəm”.
Qeyd edək ki, qocaman alim İsmayıl İbrahimov 1915-ci ildə Ordubadda anadan olub. Azərbaycanın ilk informatika alimi olan İbrahimov həm də Böyük Vətən Müharibəsi veteranıdır.