Arif Əmrahoğlu da həyatla vidalaşdı






Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, tanınmış ədəbiyyatşünas, tənqidçi Arif Əmrahoğlu uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirib (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlayıb.

ADU-nun filologiya fakültəsində təhsil alıb (1973-1978). Zaqafqaziya komsomol məktəbini bitirib (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993-1997) işləyib.

1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi işləyib.

Allah rəhmət eləsin.