Arif Əmrahoğlu Yasamal qəbiristanlığında dəfn olunacaq








Azərbaycan Yazıçılar Birliyinin katib Arif Əmrahoğlu Bakının Yasamal qəbiristanlığında dəfn olunacaq.

Bunu AzNews.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza deyib.

O bildirib ki, Arif Əmrahoğlu ilə vida mərasimi mərhumun evində keçiriləcək. Mərhum saat 16.00-da torpağa tapşırılacaq.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu bu gün dünyasını dəyişib. O, xərçəng xəstəliyidən əziyyət çəkirdi.