"Mənə qayğı göstərirlər"

Firudin Cəlilov İlham Əliyevə təşəkkürünü bildirdi
Sabiq təhsil naziri Türkiyədə müalicədən qayıdıb

Sabiq təhsil naziri Firudin Cəlilov Prezident İlham Əliyevin göstərişilə Türkiyədə müalicədən qayıdıb. ANS TV-nin məlumatına görə, müalicə olnumaq üçün iyulun 7-də Türkiyəyə gedən Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov artıq vətənə dönüb. Hazırda özünü yaxşı hiss etdiyini deyən Firudin Cəlilov reabilitasiya dövrünü Xızıda keçirəcəyini bildirdi. Firudin Cəlilov ölümdən və xəstəlikdən qorxmasa da işlərini yarımçıq qoymaq istəmədiyini dedi.
Firudin Cəlilovun sözlərinə görə, müalicəyə getməmişdən qabağ təngənəfəs olurdum: "Danışığımda lənglik var idi. Hərəkətlərimdə yorğunluq, amma sonra məlum oldu ki, həkimə vaxtında müraciyət etmişik”.
Uzun illərdir damar xəstəliyindən əziyyət çəkən sabiq nazir dəfələrlə cərrahi əməliyyatlar keçirdiyini bildirdi, lakin sonuncunun daha çətin olduğunu dedi.
Firudin Cəlilov xəstə olduğu zaman onunla maraqlanan, bundan öncəki əməliyyata da qayğı ilə yanaşan dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirdi.
"Cənab prezident keçmiş əməliyatlardan birinin də xərcini ödəmişdi. Bu, birinci dəfə deyil. Sağ olsunlar, qayğı göstərdilər", - deyə Firudin Cəlilov qeyd etdi.
Türkiyyədə müalicə zamanı daha çox nəvələri üçün darıxan Firudin Cəlilov artıq evdə doğmalarının əhatəsindədir.