Arı bələdiyyə sədrini öldürdü





Kanadada çöl arılarının hücumuna məruz qalan 51 yaşlı bələdiyyə sədri Lucie Roussel vəfat edib. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, 2003-ci ildən bəri La Prairie şəhərinin bələdiyyə başçısı olan Lucie Roussel bağında istirahət edərkən çöl arılarının hücumuna məruz qalıb.
Bələdiyyənin mətbuat katibinin sözlərinə görə, arılar sədri 15 dəfə sancıb: "Təcili yardım gələnə kimi bələdiyyə rəhbərinin dünyasını dəyişib".
Vəfat edən xanım bələdiyyə başçısı üçün şəhərdə bayraqlar aşağı endirilib.