Tayvanda təyyarənin qəzaya uğraması nəticəsində 47 nəfər ölüb







Tayvanda təyyarənin qəzaya uğraması nəticəsində 47 nəfər ölüb, 11 nəfər yaralanıb.
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, "TransAsia Airways” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi Qaosyundan Maqun şəhərinə uçurmuş.
Qəza zamanı təyyarənin göyərtəsində 54 sərnişin və 4 ekipaj üzvü olub.