Nigeriyada şeyxə sui-qəsd: 75 nəfər ölüb





Nigeriyanın Kaduna ştatında iki partlayış törədilib, nəticədə ən azı 75 nəfər ölüb.
Lent.az-ın "BBC”-yə istinadən məlumatına görə, "Boko Haram” yaraqlılarının hədəfində onları dəfələrlə tənqid edən tanınmış islam din xadimləri olub.
Onlardan biri Şeyx Dahir Bauçinin maşınının keçdiyi yolda bomba partladılıb. Azı 25 nəfər ölüb. Bu ona qarşı gerçəkləşdirilən ikinci sui-qəsddir.
Daha 50 nəfər bazarda törədilən partlayışın qurbanı olub. Partlayışlara görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.