54 ildən sonra ilk dəfə: İstanbuldan Böyük Millət Məclisinə 3 erməni millət vəkili seçildi

Türkiyədə parlament  seçkilərinin saat 00.00-a rəsmi olmayan  nəticələrinə görə, AKP  İstanbulda 39, CHP 28, HDP 11, MHP isə  10 millət vəkili mandatı qazandı.
AKP, CHP və HDP Məclisə 3 erməni millət vəkili göndərdi. CHP-nin namizəd siyahısında 1-ci  sırada olan erməni vəkil Selina  Doğan millət vəkili seçildi. AKP-dən  Markar Eseyan 12-ci sırada millət vəkili seçilməyi bacardı. HDP-də də yenə erməni namizəd Karo Paylanıl partiya siyahısında  2-ci sırada seçilərək millət vəkili oldu.
Beləcə, TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİ tarixində  54 il sonra ilk dəfə İstanbuldan erməni millət vəkilləri seçilmiş  oldu.
İstanbulda AKP yüzdə 41, CHP yüzdə 29,2, HDP yüzdə 12,6, MHP isə  yüzdə 11 faiz səs alıb.