Azərbaycanda uşaq oğurluğu baş verib

Sumqayıt sakininin 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb


 Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.
Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.
Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.
Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.