75 yaşlı qadın evində döyüb, soydular

Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Sherg.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb.

Ondan marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.