İtmiş körpə: Sağdır, yoxsa ölü, bilinmir

Yunanıstanda 33 il əvvəl itkin düşmüş 21 aylıq körpə Ben Needhamla bağlı yenə ümid işığı yanıb. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, 1991-ci ildə  valideynləri körpə Benlə birlikdə İngiltərədən Yunanıstana qonaq gəliblər.  Uşaq ana nənəsinin evinin arxa bağçasında oynayarkən itib. Valideynləri onu nə qədər axtarsalar da, körpəni “gördüm”, deyən olmayıb.  Körpənin axtarışlarını ingilis və yunan polisi birgə aparıb.  Lakin heç bir nəticə əldə etməyiblər.  Körpənin cinayətkar şəbəkə tərəfindən oğurlandığı da iddia edilib. Ben Needham həyatdadırsa, indi 33 yaşı olmalıdır. Bu günlərdə isə Ben Needhamın validyenləri Danimarkadan gələcək DNT testi cavabına ümid bağlayıblar. Bildirilir ki, Danimarkada yaşayan birisi 25 il əvvəl bazara getdiyini, orada bir nəfərin ona adıyla səsləndiyini, sonra isə bir köç karvanında hərəkət etdiyini xatırlayıb. Və DNT analizi ilə ingilis köklü olduğunu araşdırmaq istəyir. Ben Needhamın anası da illər sonra yaranan bir ümidə bel bağlayaraq 33 il əvvəl Kos adasında itkin düşmüş oğlunun yolunu gözləyir. Ana DNT analizi verən danimarkalı gəncin öz oğlu olacağına ümid bəsləyir və DNT analizinin cavabını gözləyir.  Danimarkalı gənc isə bildirib ki, nənə və babası ona yunan adalarından övladlığa götürüldüyünü deyiblər. Benin 51 yaşlı anası Kerri Needham oğlunun tapılmasıyla bağlı indiyədək dəfələrlə inam yarandığını, lakin yenə də ümidlərinin göyərmədiyini deyib. Ana yenə də ümidsizliyə qapılacağından ehtiyat edir, lakin yenə də gözləri yolda, qulağı səsdədir ki, itkin oğlundan nəhayət bir xəbər gələcək. 21 aylıq itkin düşmüş Benin 31 yaşında necə görünəcəyini əks etdirən süni fotosu da yayılıb.  İllər əvvəlsə polis bir köprənin inşaat meydançasında qaldırıcı kranın altında qalıb əzilərək öldüyünü bildirmişdi və bu körpənin Ben Needham olduğu iddia edilirdi. Əgər ehtimal doğrudursa, o zaman DNT analizi verən danimarkalı gənc kimdir?