KİV: Demokratlardan prezidentliyə namizəd avqustun 7-dək müəyyənləşəcək

Demokratların noyabr seçkilərində prezidentliyə namizədi avqustun 7-dək virtual səsvermə yolu ilə müəyyənləşəcək.

APA “The New York Times“a istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ceymi Harrison deyib.

Onun sözlərinə görə, yalnız bir siyasətçi, məsələn, vitse-prezident Kamala Harris 4600 nümayəndədən ən azı 300 nəfərin dəstəyini qazanarsa partiyanın vahid namizədi üçün səsvermə 1 avqustda reallaşacaq. Amma əgər prezidentliyə namizədlər bir neçə nəfər olarsa, səsvermə bir neçə gün sonra başlayacaq və avqustun 7-də başa çatacaq.

Xatırladaq ki, Demokratlar Partiyasının qurultayı 19-22 avqust tarixlərində İllinoys ştatının Çikaqo şəhərində keçiriləcək.