Gürcüstanda İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı araşdırma aparılır

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.

APA xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, məhkəmə bir neçə gündür ki, bu iş üzrə insanları dindirir. Onların əksəriyyəti Ukraynada döyüşmüş şəxslər olub.