Qardaşım buna görə seçkidən çəkildi - Frenk Bayden

Onun seçki yarışından geri çəkilməsi ümumi səhhəti ilə bağlıdır. Başqa heç nə axtarmağa ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bunu Co Baydenin qardaşı, 71 yaşlı Frenk Bayden qardaşının seçkidə iştirak etməmək qərarına münasibət bildirərkən deyib.

O bildirib ki, qardaşı qürurlu kişidir və yeriyərkən ayağındakı problem onu əsəbiləşdirir.