Davudoğlu: “Almaniya izahat verməlidir”





Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlər aktual olan casusluq qalmaqalı ilə bağlı almaniyalı həmkarı ilə müzakirə aparacağını deyib.APA-nın "Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, nazir Almaniyanın Türkiyəyə qarşı casusluq və dinləmə işləri apardığı barədə dünya mətbuatında yazılanlara iki nazirin görüşündə aydınlıq gətiriləcəyini söyləyib: "İddialar doğrudursa, ən tutarlı izahat verilməlidir”.
Ə. Davudoğlu qeyd edib ki, Almaniyanın Türkiyədəki səfiri Eberhard Pohl bu gün nazirliyə çağırılıb, axşam isə nazirlər arasında söhbət olacaq: "Əgər bu iddialar doğru deyilsə, müvafiq addımlar atılmalı və mətbuatda yazılanlara aydınlıq gətirilməlidir. Əgər bu iddialarda az da olsa həqiqət payı varsa, Almaniya bizə ən tutarlı izahat verməlidir”.