Xalq yazıçısı Elçin Rəşad Məcidi təbrik edib





Baş nazirin müavini, xalq yazıçısı Elçin Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi 50 illik yubileyi münasibəti ilə təbrik edib.

E.Əfəndiyevin təbrik məktububda deyilir:

"Əzizim Rəşad!

Sənin əlli illiyin mənim üçün səmimilikdən, sədaqətdən, etibardan, butovlükdən xəbər verən gözəl bir hadisə oldu.

Mən ilk dəfə səninlə tanış olanda, səhv etmirəmsə, iyirmi yeddi yaşın var idi və o iyirmi yeddi yaşlı Rəşadda gördüyüm səmimiyyət, təpər, daxili mədəniyyət və təmizlik bütün bu illər ərzində zərrə qədər də azalmayıb, əksinə, sınaqlardan çıxaraq bərkiyib, qol-budaq atıb, kökü dərinlərə gedib. Mənim üçün çox xoşdur ki, sənin yaradıcılığın da, faəliyyətin də şəxsiyyətinlə üst-üstə düşür və bu mənada əlli yaşlarımız arasında çox azsaylı əsil ziyalılardan birisən.

Əziz dostum!

Səni ürəkdən təbrik edir, sənə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. İstedad isə həmişə səninlədir. Və bu istedad səndən tələb edir ki, poeziyanı da, nəsri də heç vəchlə arxada plana atmayasan.
Bir daha təbrik edirəm”.