Sarkisyana qəfil dəvət

Prezident Türkiyəyə andiçmə mərasiminə dəvət edilib



 Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti seçilən Receb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Gənclik Təhsil Forumunda çıxış edən Sarkisyan özü deyib.
O bildirib ki, Ermənistan Türkiyə prezidentinin andiçmə mərasiminə dəvət edilib: "Böyük bir ehtimalla bu mərasimdə Ermənistan Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunacaq".

Ermənistan Prezidentini Mətbuat Xidmətindən bildirilib ki, Sarkisyana forumda həmçinin, Ermənistan-Türkiyə sərhədinin nə zaman açılacağı ilə bağlı sual da ünvanlanıb. Ancaq Ermənistan prezidenti bu sualı cavablandırmaqda çətinlik çəkib. Prezident bunun ən qısa zamanda reallaşmasını arzu etdiyini söyləyib.