Nursultan Nazarbayev: “Bizi də Ukraynanın gününə sala bilərlər...”




Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə qazax dilinin "diz üstə çökdüyü və ayağa qalxa bilmədiyi” barədə ziyalıların hakimiyyətə ünvanladıqları tənqidlərə cavab verib.

Nazarbayev ölkədə qazax dilindən başqa dillərin qadağan edilməsi barədə çağırışların yolverilməz olduğunu deyib. "Əgər dövlət dilindən başqa qalan dillərin istifadəsini qadağan etsək bizi də Ukraynanın taleyi gözləyəcək. (Virtualaz.org) Tutaq ki, biz qanunla qalan dilləri qadağan etdik. O zaman bizi nə gözləyəcək? Ukraynanın taleyi! Bizə hamını zorla qazax dilinə keçirib sonra qanlı müharibə ilə üzləşmək, müstəqilliyimizi itirmək lazımdır? Yoxsa problemləri ağılla həll etməliyik? Məsələ bundadır... Biz nəyi seçirik? Ona görə də mən hesab edirəm ki, bu məsələdə səbr lazımdır” deyə Nazarbayev "Xabar” telekanalına müsahibəsində bildirib.