Azərbaycanda hərbçilər qəzaya düşdülər: iki ölü, 3 yaralı



 

Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb. "VAZ-2109” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyasını dəyişib. "VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. "Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Ağcabədi rayonunda qəzada ölən şəxslərin hər ikisi hərbçidir. Milli.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəza zamanı "VAZ” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil və İsmayılov Amid - hadisə yerindəcə dünyasını dəyişib.

--------
09:46

Ağcəbədidə ağır yol qəzası baş verib, iki nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağcabədi şəhərində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ" markalı minik avtomobilin sürücüsü yaralanıb, 2 nəfər sərnişini isə qəza nəticəsində vəfat edərək deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü və 2 nəfər sərnişinin cəsədini avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:31-də başa çatıb.