Həbsxanada üsyan: Başlarını kəsib aşağı atdılar!











Braziliyanın cənubundakı Cascavel şəhərində bir həbsxanada baş verən üsyanda, dörd məhkum öldü, bəzi məhkumlar da yaralandı. Məhkumlardan ikisinin digər məhkumlar tərəfindən başları kəsilərək öldürüldüyü ifadə edilir.
Bir məhkuma isə yoldaşının kəsik başının tutdurulduğu, bu şəkildə ona  psixoloji işgəncə verildiyi öyrənildi.
Bəzi məhkumların isə həbsxananın damından aşağı atıldığı və bunlardan ikisinin öldüyü bildirilir. Bazar günü başlayan üsyana ən azı 700 məhkumun qatıldığı açıqlandı.
Məhkumların həbsxanada  çox sıxlıq olmasından şikayət etdikləri, yemək və gigiyena ilə əlaqədar narahatlıqları olduğu ifadə edilir.
Yerli media, məhkumların, binanın damında əlləri və boyunları bağlı olanların döyülərkən çəkilmiş görüntülərinə yer verdi.
Səlahiyyətlilərə görə qiyam yemək paylanması zamanı başlaqıb, məhkumlar bəzi hissələri ələ keçirib taladı və yandırdı.
Məhkumların iki gözətçini girov götürdükləri, girovlardan birini kəsik başla qorxutduqları deyilir. BBC-nin Rio da Janeiro müxbiri Wyre Davies, məhkumların qarşıdurmasında rəqib narkotik şəbəkələri arasındakı ziddiyyətlərin də rolu ola biləcəyinə diqqət çəkir.
Təxminən 700 məhkumun qatıldığı üsyanın yatırılması üçün danışıqlar davam edir. Mindən çox məhkumun olduğu həbsxanada üsyan çıxdığı zaman yalnız 10 gözətçinin vəzifə başında olduğu ifadə edildi.
Üsyanı sona çatdırmaq üçün məhkumlarla danışıqlar aparılır.