“Hədəf Kursları”nda adlı ikigünlük seminar keçirildi

“Gənc müəllimlərin pedaqoji ustalıqlarının artırılması” diqqət mərkəzində olub




2014-cü il 22-23 avqust tarixlərində "Hədəf Kursları”nda "Gənc müəllimlərin pedaqoji ustalıqlarının artırılması” adlı ikigünlük seminar keçirildi. Seminarda məqsəd 2014/2015-ci tədris ilində kursda dərs aparacaq yeni müəllimlərin fəaliyyətini istiqamətləndirmək, nisbətən təcrübəyə malik olan müəllimlərin pedaqoji ustalıqlarını artırmaq, daha təcrübəli müəllimlərin metodlarını öyrənmək və tətbiq sahələrini müəyyənləşdirmək, dərsin təşkilini izah etmək, müəllimin vəzifə və öhdəliklərini çatdırmaq idi.
Seminarda kursun baş direktoru Şəmil Sadiq, Layihələr və Beynəlxalq Əlaqələr üzrə direktor Elvin Əliyev, H.Aslanov filialının müdiri və seminarın rəhbəri Famil İsayev, "Hədəf Nəşrləri”nin direktoru Müşfiq Fərziyev, Neftçilər filialının müdiri Fikrət Hüseynov , Nizami filialının müdiri Məhəmməd Xankişiyev müxtəlif mövzuları əhatə edən çıxışlar etdilər. Bundan əlavə seminar müddətincə gənc müəllimlərin sualları dinlənildi, müxtəlif məsələlərə aydınlıq gətirildi. Sonda seminar iştirakçılarına sertifikatlar və aktiv seminarçılara həm də güzəşt kartları təqdim olundu.