Şəhidin atası: "Prezidentin bu humanist addımı qürurvericidir"





"Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daim xalqımıza diqqət, qayğı göstərir”.

Bunu "Sherg.az"a 1993-cü il də Tovuz rayonundan olan şəhid Əliyev Müşfiq Abbas oğlunun atası Əliyev Abbas Məsimoğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən A.Əliyev qeyd edib ki, dövlət başçısının bu humanist addımı qürurvericidir:

"Hər zaman olduğu kimi yenə ölkə başçısı İlham Əliyev xalqı düşünüb, hər kəsin rəğbətini qazanan addım atıb. Indi də Azərbaycan dövlətinin ərazi bütövlüyünü qoruyarkən şəhid olanların ailələrinə birdəfəlik 11 min ödəmə edir. 

Cənab prezidentin bu addımını hər kəs alqışlanır. Allah ölkə başçısını və ailəsini qorusun. Edilən ödəmə ailəmizin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun üçün cənab Prezidentə minnətdaram”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu