Orta Şərqdə atəşkəs perspektivi hələ qaranlıqdır
Cənubi Qafqaz və Orta Şərqdə geosiyasi gərginlik yenidən pik həddə çatır. ABŞ Prezidenti Donald Trampın İranın ABŞ-dən ateşkes istədiyi ilə bağlı açıqlaması bölgədə diplomatik manevrlərin intensivləşdiyini göstərir. Lakin Tehranın bu iddiaları rədd etməsi və Rusiyanın vasitəçilik perspektivi, hadisələrin tək tərəfli olmadığını və çoxqatlı geosiyasi müstəvidə davam etdiyini ortaya qoyur.
Trampın açıqlamaları bir neçə mühüm aspekti önə çıxarır. İlk növbədə, ABŞ-nin Hörmüz Boğazı kimi strateji əhəmiyyətli nöqtələrdə regional təsirini qorumağa çalışdığı açıq görünür. Trampın “Hörmüz Boğazı açılana qədər İranı bombalayacağıq” ifadəsi, Vaşinqtonun hədəflərini həm iqtisadi, həm də hərbi təzyiq vasitələri ilə qorumağa hazır olduğunu göstərir.
Digər tərəfdən, İranın rəsmilərinin açıqlaması “yanlış və təməlsiz” olaraq dəyərləndirilməsi, Tehranın ABŞ-la diplomatik gərginliyi nəzarətdə saxlamaq istədiyinin göstəricisidir. Bu isə bölgədəki aktorlar arasında məlumat savaşının və retorik mübarizənin davam etdiyini göstərir.
Rusiyanın vasitəçilik rolunun vurğulanması isə bölgədə çoxqütblü diplomatik balansın formalaşdığını göstərir. Moskva həm ABŞ-nin təzyiqlərini, həm də Tehranın mövqeyini izləyərək öz maraqlarını qorumağa çalışır. Bu isə gələcəkdə Orta Şərqdə hər hansı bir hərbi əməliyyatın və ya atəşkəs prosesinin yalnız iki ölkənin deyil, beynəlxalq aktorların iştirakı ilə mümkün olacağını göstərir.
Nəticə etibarilə, Trampın açıqlamaları və İranın rəyi bölgədə qeyri-müəyyənliyi artırır, eyni zamanda hər iki tərəf üçün diplomatik manevr imkanlarını genişləndirir. Bu da ABŞ, İran və Rusiya arasında geosiyasi balansın yenidən test edilməsinə yol açır.