Ermənistanda yeni Konstitusiyanın qəbulu müzakirə edildi

Ermənistanın Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın qəbulu və referendumla bağlı qaydaları müzakirə edib.

Teleqraf xəbər verir ki, iclas Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə keçirilib.

İclasda icra hakimiyyəti ilə bağlı qaydalar, yeni Konstitusiyanın qəbulu, dəyişdirilməsi və referendumun keçirilməsi qaydaları müzakirə olunub.

Konstitusiya İslahatları Şurası yeni Konstitusiyanın hazırlanması üzərində işini davam etdirir.