İsmayıl Bəqayi: Trampın Pezeşkianla bağlı açıqlaması yalandır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın iranlı həmkarının atəşkəs tələb etməsi iddiasını təkzib edib.

Teleqraf xəbər verir ki, İ.Bəqayi "Əl-Cəzirə"yə müsahibəsində Trampın açıqlamasının həqiqətə uyğun olmadığını bildirib: "Onun atəşkəs tələb etdiyimiz barədə açıqlamaları yalandır".

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın ABŞ administrasiyasından atəşkəs istədiyini bildirib.