Qurban bayramında əfv gözlənilmir

Bu haqda hər hansı müzakirələr aparılmayıb



Qarşıdan Qurban bayramı gəlir. Ölkəmizdə belə əlamətdar günlərdə məhbusların əfv olunması ənənə halını alıb. Ona görə də məhkumların valideynləri və yaxınları bayram günlərini böyük maraqla gözləyir.
Övladlarının əfv olunaraq, vaxtından əvvəl azadlığa çıxacağına ümid edir. Buna baxmayaraq, bayrama bir neçə həftə qalsa da, əfvlə bağlı müzakirələr demək olar ki, aparılmır. Bu isə məhbuslarımızın azad olmayacağı anlamına gəlir.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, bu barədə əlaqədar qurumlara müraciət ediblər. Amma hələ ki, cavab verilməyib: "Yəqin ki, 2-3 günə bir cavab biləcəyik. Hansısa məlumatımız olsa, mətbuata xəbər verəcəyik”.

Ayyət Əhməd