Jirinovskinin Bakıda bir çox yerlərdə görüşü gözlənilir





"Bu gün Rusiyanın Sosial-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycana səfərə gəlib. Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək”. Bunu modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Akif Təvəkküloğlunun sözlərinə görə, Jirinovskinin bir çox yerlərdə görüşü gözlənilir: "Təbii ki, görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir”.