ABŞ cəlladın şəxsiyyətini təyin etdi!





ABŞ-lı iki girovun başını kəsən IŞİD cəlladının şəxsiyyətinin təyin olunduğu iddia edildi.
İki girovun başının kəsilərək öldürülməsi hadisəsində girovları edam edən "Cihadçı John" adlı IŞİD xadimin şəxsiyyəti bəlli oldu. ABŞ, "Cihadçı John"un gerçək adını ələ keçərilməsinə qədər açıqlamayacağı bildirilir.
 "Cihadçı John" olaraq bilinən IŞİD xadimi, ABŞ-lı jurnalistlər Steven Sotloff və Ceyms Foleylə birlikdə ingilis girov David Hainesin başını kəsmişdi.
ABŞ-ın, "Cihadçı John"un şəxsiyyətini təsbit etdiyi və ölü ya da diri olaraq ələ keçənə qədər məlumat verməyəcəyi öyrənildi.