“Timsah ovçusu”: Əfsanənin oğulu da atasının izi ilə gedir






"Timsah ovçusu” ləqəbli Steve Irvinin 10 aylıqkən timsah hovuzuna girən cəsur oğulu Bob, atasının izi ilə gedir.
Avstraliyada 10 aylıqkən atasıyla timsah hovuzuna girən Bob, timsah təlimatçısı olmağa hazırlaşır. Bob Irvin indi 10 yaşındadır. Avstraliya Zooparkına gedən Bob, timsahlara yaxınlaşmaqdan qorxmadı. Timsahları bəsləyənlərin yanında dayanan Bob, bala bir timsahla rəqs etdi. Atasının ən yaxın yoldaşı olan Ves Mannion, Bobu timsahlarla ünsiyyət qurmaq üçün öyrədir. Steve Irvin, 2004-cü ildə dənizin altında sənədli film çəkdiyi zaman vatoz balığının hücumuyla həyatını itirmişdi. Dünyada bir çox pərəstişkarı olan və cəsarətiylə məşhur iki uşaq atası Irvinin ölümü, heyranları arasında böyük kədər yaratmışdı.