Hələbin “pişik atası”

Gündə təxminən 150 pişiyi yemləyir




Suriyada vətəndaş müharibəsisində pişiklərə sahib çıxan bir təcili yardım sürücüsü, aylardır bombalanan şəhərdə insanlığın ölmədiyini göstərdi.
Suriyada vətəndaş müharibəsi heyvanların da insanlar qədər çətin şərtlər altında yaşamasına səbəb olur. Hələbli təcili yardım sürücüsü Alaa, küçəyə atılan pişiklərə sahib çıxır. Gündə təxminən 150 pişiyi doyduran Alaa, Hələbin Masaken Hanano məhəlləsində yaşayır. Heyvansevər Alaa, Əsəd güclərinin bölgəni top atəşinə tutmasının ardından sahibsiz qalan pişiklərə gündə 10 lirə xərcləyir. Təcili yardımı ilə insanların köməyinə qaçdıqdan sonra arada qalan zamanını pişiklərə köməyə etməklə keçirən Alaa, 2 aydır pişiklərə sahib çıxdığını söyləyir. Suriyanın ən böyük şəhəri olan Hələb, 2012-ci ildən bəri şiddətli qarşıdurmaların olduğu bir bölgədir. Suriyada 4 ildir sürən qarşıdurmanın, şəhərin əhalisinin yarısının evlərini tərk etməsinə səbəb olduğu təxmin edilir.