İcra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü - YENİLƏNİB

Paytaxtda baş vermiş qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb



Daxili İşlər Nazirliyi "Mc-Donalds” Azərbaycan şirkətinin rəhbərinin oğlunun düşdüyü qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonu Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi "Hovo” və Bakı şəhər sakini Pərvin Fətullayevin idarə etdiyi "Mercedes” markalı avtomobillər toqquşub. P. Fətullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişinlərdən Sənan Mirzəyev xəstəxanada ölüb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev "MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur.
Faktla bağlı araşdırma aparılır.
*****
12:39
Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobillər qəzaya uğrayıb. Lent.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə sentyabrın 27-də saat 18 radələrində baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. O, Ə. Qəhrəmanovun idarə etdiyi yük maşınında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış.
"Qafqazinfo”nun məlumatına görə, toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub.
Hadisə nəticəsində hər iki sürücü yaralanıb.
Qeyd edək ki, qəzada ölən yeniyetmə "MCDonalds"ın Bakı nümayəndəliyinin rəhbərinin oğludur.
******
12:18
"McDonals" Azərbaycan şirkətinin rəhbərinin oğlu yol-nəqliyyat hadisəsində həyatını itirib.Lent.az-ın milli.az-a istinadən məlumata görə, "McDonalds" Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev Bakıda avtomobil qəzasında ölüb. Yeniyetmə paintball oyunundan evə qayıdarkən ağır qəzaya düşüb.
Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb.
"McDonald" şirkətindən xəbəri təsdiqləyiblər.