6 tələbənin ölümü...
21:57 05.07.2017
Arxiv
392
“Faciə illərdir davam edir, amma göz yumulur”
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən Namiq Hüseynov ifadəsində həmişə tələbələrə xəbərdarlıq etdiyini, onlardan vaxtında gəlməyi tələb etdiyini deyib: "Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər”. N.Hüseynov artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib.
Qeyd edək ki, sürücülərin əlavə qazanc əldə etmək məqsədilə sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq vətəndaşların həyatını təhlükəyə məruz qoyması faktları ilə tez-tez rastlaşırıq. Bununla bağlı şikayət daxil olan zaman da aidiyyəti qurum rəsmiləri açıqlama yayırlar ki, fakt öz təsdiqini tapacağı təqdirdə sürücülərə qarşı sərt cəzalar tətbiq olunacaq. Ancaq sürücünün dediyindən belə görünür ki, nəqliyyat müfəttişləri də ən az sürücülər qədər günahkardırlar.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, əgər tələbələrin ölümünə səbəb olan sürücü məhkəmə zalında Nəqliyyat Departamentinə rüşvət verdiyini iddia etməsi kifayət qədər ciddi ittihamdır və ətraflı şəkildə araşdırılmalıdır: "Məhkəmə həmin ifadə ilə bağlı prokurorluq orqanlarına məlumat verməli, istintaqçılar da faktla bağlı ciddi araşdırma aparmalıdırlar.
Əgər fakt öz təsdiqini taparsa, Korrupsiyyaya qarşı Mübarizə İdarəsi Nəqliyyat Departamentini, konkret olaraq sürücüdən rüşvət alaraq artıq sərnişin götürməsinə göz yuman şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bəlkə də sürücünün dediyinin heç bir əsası yoxdur, hansısa deyilən sözə görə ittiham etmək doğru olmaz”.
Azərbaycanda qanunsuz sərnişindaşıma və qədərindən artıq sərnişin götürmə kimi özbaşınalıqların illərdir davam etdiyini vurğulayan ekspertin sözlərinə görə, insanların təhlükəsizliyi baxımından bu cür qanunsuzluqların qarşısı alınmalıdır:
"İctimai nəqliyyatdakı vəziyyət bəllidir. Sərnişindaşımada olan problemlər də həllini tapmır. Bu faciə illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulmur, əksinə, buna şərait də yaradılır. Məsələ burasındadır ki, şəhərdaxili avtobuslarda sərnişin yerinin sayı məlumdur. Amma ayaqüstə sərnişin sayı mücərrəddir. Bəzən ayaqda sərnişin sayı 30-40 nəfər göstərilir. Şəhərdən kənara çıxan, bölgələrə gedən avtobuslarda daha çox qayda pozuntusuna yol verilir. Sərnişin sayını artırmaq üçün sürücülər oturacaqlar arasına əlavə oturacaqlar qoyur. Bu isə kobud qanun pozuntusudur və belə sürücülər mütləq sərt cəzalanmalıdır. Ancaq kimdir buna baxan?! Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. Bəzən oturacaqlar çıxarılır ki, ayaq üstə gedən sərnişinlərin sayı artsın. Bu məsələlərə aidiyyəti qurum ciddi fikir verməlidir.
"20 Yanvar” metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir, ancaq, həvəsdir, bəsdir! Müvafiq qurumlar bu cür faktlarla bağlı ciddi araşdırma aparmalı və problem birdəfəlik aradan qaldırılmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil